Müvafiq dövlət orqanlarına ərzaq məhsullarında süni qiymət artımının qarşısının alınması üçün tapşırıqlar verilib.
Eləcə də bax: Nazir: "Büdcədə ərzaq təhlükəsizliyi üçün 193 mln. manat ayrılması nəzərdə tutulur"
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər aparılır.
"Eyni zamanda, həmin orqanlar tərəfindən sahibkarlarla müvafiq maarifləndirmə işləri aparılır ki, onlar da öz sosial məsuliyyətini dərk edərək vəziyyətdən sui-istifadə etməsinlər", - nazir qeyd edib. (Apa)