İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində "Japan Tobacco International" şirkətinin prezidenti və baş icraçı direktoru Eddi Pirard və beynəlxalq əlaqələr üzrə direktoru Ana Velykoviçlə görüşərək onunla şirkətin ölkəmizlə ikitərəfli əməkdaşlığını müzakirə edib.
Azərbaycan və Yaponiya ikiqat vergitutmanı - ARADAN QALDIRDI
FED.az xəbər verir ki, bunu nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.
O qeyd edib ki, görüşdə həmçinin Azərbaycanın COP 29 tədbirinə ev sahibliyi çərçivəsində nəzərdə tutulmuş işlər, həmçinin özəl sektorun COP29-un fəaliyyətinə cəlb olunması barədə fikir mübadiləsi aparılıb.