Hazırda "Azərsu" ASC üzrə sayğaclaşma səviyyəsi 88 %-dir, qalan 12 %-lik hissə də gündəmdədir.
"Azərsu": Su tariflərinin artırılması üçün təşəbbüslə çıxış etmək istəyirik
FED.az xəbər verir ki, bunu "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda mətbuat konfransında səhmdar cəmiyyətinin sədr müavini Etibar Məmmədov bildirib.
"Həmçinin sıradan çıxan sayğacların yenilənməsi diqqət mərkəzindədir", - deyə o qeyd edib. (Report)