Bu gün suyun 1000 kubunun qiyməti dövlətə 70-80 manata başa gəlir.
AMEA: Azərbaycanda ciddi su problemi yaşanır
FED.az xəbər verir ki, bunu Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda keçirilən brifinqdə deyib.
O bildirib ki, lakin sudan istifadə birliklərinə 1000 kubu 50 qəpiyə satılır:
"Onlar da xərclərinə uyğun olaraq müəyyən qədər vəsaiti üzərinə gəlməklə istifadəçilərə təqdim edirlər".
"Azərsu ASC"-nin sədr müavini Etibar Məmmədov isə deyib ki, əhaliyə içməli su maya dəyərindən aşağı satılır:
"Tariflər normal olsa, "Azərsu" ASC daha rentabelli fəaliyyət göstərə bilər. Tariflərin gələcəkdə artırılması üçün biz də təşəbbüslə çıxış etmək istəyirik". (Apa)