"2021-ci ildə Azərbaycanda ümumi inflyasiyanın 3/5-nü ərzaq inflyasiyası formalaşdırıb".
Eləcə də bax: Azərbaycan Mərkəzi Bankı inflyasiya ilə bağlı yeni proqnozlarını - AÇIQLAYIB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankın (AMB) Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov bildirib.
Bununla belə, onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə ümumi inflyasiyanın formalaşmasında qeyri-ərzaq məhsullarının və xidmətlərin rolu artıb.
A.Ələsgərov həmçinin deyib ki, Azərbaycan uzunmüddətli dövrdə inflyasiyanın nisbətən aşağı olduğu ölkələrdəndir: "Bunun istehlak qiymətləri səbətinin təhlili göstərir. Belə ki, son 10 ildə Azərbaycanda inflyasiya 5% ətrafında olub. Ötən il isə dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da illik inflyasiya orta göstəricini üstələyib. Həmçinin təhlillər göstərir ki, 2021-ci ildə Azərbaycanda qiymət artımının yarısından çoxu xarici mənşəli xərc amilləri ilə bağlı olub. Ötən il dünyada presidenti olmayan inflyasiya təzyiqləri olub. Əmtəə birjalarındakı qiymət artımı bütün göstəriciləri üstələyib".