Qlobal borc miqdarı 2020-ci ilin yekununda 277 trilyon ABŞ dollarına qədər yüksələrək rekord səviyyəyə çata bilər.
FED.az xəbər verir ki, bu barədə Vaşinqton Beynəlxalq Maliyyə İnstitutu məlumat yayıb.
Eləcə də bax: "Moody's" Azərbaycanın builki xarici dövlət borcu üzrə proqnozunu - Açıqlayıb
“Yeni növ koronavirus infeksiyası nəticəsində meydana gələn iqtisadi tənəzzül keçən ilin sonundan bəri dünya ölkələrinin borcunu 15 trilyon ABŞ dolları miqdarında artırıb. Nəticədə qlobal borc miqdarı 2020-ci ilin III rübünün yekununda 272 trilyon ABŞ dollarına qədər yüksələrək rekord səviyyəyə çatıb. Pandemiya ilə mübarizəyə ayrılan vəsaitləri nəzərə alsaq cari ilin sonuna qlobal borcun 277 trilyon ABŞ dollarına (ÜDM-in 365% -i) çatacağını gözləyirik” deyə institut mütəxəssisləri bildirib.
Mütəxəssislər hesab edir ki, dünyada maliyyə sektoru xaricindəki borc səviyyəsi 2019-cu illə müqayisədə bu il 210 trilyon ABŞ dollarına çatacaq. Qeyd edək ki, 2019-cu ildə bu rəqəm 194 trilyon ABŞ dolları olub.
BVF-nin proqnozuna görə, bu il qlobal iqtisadiyyatda demək olar ki, 4.4% azalma qeydə alınacaq, lakin gələn il iqtisadi durum bərpa olunaraq 5.2% artacaq. (Report)