Bu ilin yanvar-iyul aylarında Azərbaycandan xaricə 239,4 milyon dollarlıq qızıl satılıb.
Azərbaycan qızılın hesabına qeyri-neft ixracını – 3 DƏFƏ ARTIRIB
FED.az biznes və maliyə xəbərləri portalı xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın avqust sayında bildirilir.
Məlumata görə, qızıl ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 60,6 milyon dollar və ya 33,9% artıb.
Təkcə iyul ayında isə xarici ölkələrə 37,2 milyon dollarlıq qızıls atılıb ki, bu da, illik müqayisədə 3,3 milyon dollar, yaxud da 9,7% daha çoxdur.













