2023-cü ilin sonuna yaxın dünya birjasında qızılın qiyməti ən pik həddə çatıb.
Azərbaycanın qızıl satışından gəlirləri - AZALIB - RƏQƏMLƏR
FED.az xəbər verir ki, bunu iqtisadçı Elmir Səfərli bildirib. Bəs bu hal yerli bazarda qiymət və tələbata necə təsir edib?
Qızıl satışı ilə məşğul olanlar deyirlər ki, dünya bazarında qızılın bahalaşması ölkədəki qiymətlərə də təsir edib.
Hazırda qızılın ölkəyə gətirilməsi 51 dollara, yəni 87 manata başa gəlir.
Satıcılar tələbatın da azaldığını bildiriblər.
İqtisadçı Elmir Səfərli deyir ki, yerli qızıl istehsalı inkişaf etdirilərsə, bu, ölkədəki qızılın ucuzlaşmasına gətirib çıxara bilər.
Qeyd edək ki, hazırda 21-22 əyar ərəb qızılı 125-145, italiyan qızılı 110-135, türk qızılı isə 90-95 manat arası dəyişir. (Xezerxeber.az)