Azərbaycan 2023-cü ilin yanvar-dekabr aylarında 162,8 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.
FED.az xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın yanvar sayına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrünə nisbətən 22,4 milyon dollar və ya 12% azdır.
Ötən ilin eyni dövründə isə Azərbaycan 185,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.
Təkcə dekabr ayında 19,5 milyon dollarlıq qızıl ixrac olunub, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 9,6 milyon dollar (33%) azdır.
2022-ci ilin dekabr ayında 29,1 milyon dollarlıq qızıl ixrac edilib.