Dövlət Xidmətində Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib
Antiinhisar Xidməti Şəkidə sahibkarlarla - GÖRÜŞ KEÇİRDİ
FED.az xəbər verir ki, görüşdə bu sahədə fəaliyyət göstərən sahibkarların qarşılaşdıqları çətinliklər və onların həllində dövlət-özəl tərəfdaşlığına dair müzakirələr aparılıb.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində (AİBNDX) Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının (AQİSA) nümayəndələri ilə görüş keçirilib. Görüş zamanı Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qurumun rəqabət siyasəti, keyfiyyət təminatı və istehlakçı məmnuniyyəti sahələrində yenilikləri və əldə olunan nəticələr barədə məlumat verib.
Görüşdə Assosiasiyanın fəaliyyəti ilə yaxından tanışlıq, dövlət-özəl sektor tərəfdaşlığı istiqamətində birgə layihələrin həyata keçirilməsi və koordinasiyanın təkmilləşdirilməsi məsələləri müzakirə edilib. AQİSA tərəfindən mal, iş və xidmətlərin keyfiyyəti ilə bağlı məsələlərin daim diqqətdə saxlanılması və bu yöndə Dövlət Xidməti ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Sonda sahibkarların müraciətləri və qarşılaşdıqları çətinliklər barədə məlumatlar Assosiasiya nümayəndələrinin diqqətinə çatdırılıb. Mövcud problemlərin aradan qaldırılması ilə bağlı qanunvericiliyin tələblərinə uyğun həllər, təklif və rəylər dinlənilib.