Şəkidə sahibkarlar üçün maarifləndirmə tədbiri keçirilib
FED.az xəbər verir ki, tədbirdə istehlakçı hüquqlarının qorunması sahəsində sahibkarların hüquq və vəzifələri diqqətə çatdırılıb.
Azərbaycanda rəqabətədavamlı iqtisadiyyat mövzusunda - ELMİ KONFRANS KEÇİRİLİB
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri istehlakçı hüquqlarının müdafiəsi sahəsində aparılan maarifləndirmə işləri çərçivəsində regionlarda fəaliyyət göstərən sahibkarlarla görüşləri davam etdirir. Növbəti belə görüş Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlarla təşkil olunub.
Görüşdə sahibkarlara istehlak bazarında nəzarət sahələri və istehlakçı hüquqları ilə bağlı qanunvericiliyin tələbləri barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Bundan əlavə, istehlakçı məmnuniyyəti və istehlakçı hüquqlarının təmin edilməsinin vacibliyi vurğulanıb.
Şəkiyə səfər çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 13 saylı regional bölməsinin (əhatə etdiyi rayonlar: Şəki, Zaqatala, Qax, Balakən) yeni inzibati binası istifadəyə verilib. Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 156 ünvanında yerləşən yeni inzibati binada Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun Şəki regional bölməsi, İstehlak Mallarının Ekspertizası Mərkəzinin Şəki-Zaqatala regional bölməsi və Azərbaycan Metrologiya İnstitutunun Şimal-Qərb Regional Ərazi İdarəsi də fəaliyyət göstərəcək.