Oktyabrın 25-də Avropa Statistika İdarəsi ən çox qida israf edən qitə ölkələrin siyahısını açıqlayıb.
Eləcə də bax: «Azərbaycanda hər gün restoran və şadlıq evlərində on tonlarla çörək israf olunur»
Məlumata görə, Avropada koronavirus pandemiyasının ilk ilində adambaşına orta hesabla ərzaq tullantılarının miqdarı 127 kq olub. Bunun 70 kq-ı ev təsərrüfatlarının payına düşüb.
Avropanın qida sənayesi il ərzində adambaşına orta hesabla 23 kq ərzaq israf edir.
Ən çox qida tullantıları istehsal edən ölkələr siyahısına adambaşına 397 kiloqramla Kipr başçılıq edir. Sonrakı pillələri Danimarka (220 kq), Yunanıstan (192), Portuqaliya (184 kq) və Niderland (161 kq) tutub.
Siyahının sonunda isə 68 kq tullantı çəkisi ilə Sloveniya qərarlaşıb. (Oxu.az)