Türkiyəyə qəhvə idxal edən şirkətlər arasında yer alan "Voicevale" şirkətinin İdarə Heyətinin üzvü Erdem Koylan, son vaxtlar qəhvə qiymətlərindəki artımın bu il də davam edəcəyini proqnozlaşdırır.
Eləcə də bax: 2021-ci ildə qəhvənin qiymətində son 11 ilin ən böyük - Qiymət Artımı Olub
FED.az xəbər verir ki, Erdem Koylan, "qarşıdakı dövrdə qiymətlərdə dollar ifadəsində təxminən 25-30% artım gözləyirik” deyib.
Koylan qeyd edib ki, qəhvə qiymətlərinə təsir edən bir çox faktor var: "Qablaşdırma materiallarına, enerji və əməkhaqqı xərclərinə qədər bir çox parametr var. Bütün xərclərdə əhəmiyyətli artımlar olub. Logistika xərcləri çox ciddi şəkildə artıb. Yalnız dekabrın ortalarından etibarən logistika xərclərində 39 faiz artım olub. Son 1 ildə logistika xərclərimiz 100 faizdən çox artıb", - deyib. (Marja)