Qəhvə qiymətləri 2021-ci ildə 76,30 faiz artaraq ili 2010-cu ildən bəri ən böyük qiymət artımı ilə yekunlaşdırıb.
FED.az xəbər verir ki, qəhvə qiymətləri 2021-ci ildə 11 ilin ən böyük artımını qeyd edib. Göstərici kimi qəbul edilən Arabica fyuçers müqavilələri bu il Nyu-York birjasında 76 faiz artaraq bir funtu (1 pound 453,5 qramdır) 2,25 dollara çatıb.
Dünyanın ən böyük Arabica qəhvə istehsalçısı olan Braziliyada əlverişsiz iqlim şəraiti və qəhvə plantasiyalarının azalması qlobal təchizat problemlərini artırıb. Bundan əlavə, qəhvənin qiymətinin qalxmasına yükdaşıma və logistikada qiymət artımları da təsir göstərib.
(Marja)