Dünyanın ikinci ən böyük qəhvə istehsalçısı olan Vyetnamda pandemiya məhdudiyyətləri səbəbindən qəhvə qiymətləri kəskin artıb.
Eləcə də bax: Kofenin qiyməti rekord vurdu – İLİN ƏVVƏLİNDƏN 60% BAHALAŞIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, Vyetnamda hazır qəhvə və bəzi espresso qarışıqları üçün istifadə olunan robusta qəhvəsi ilin əvvəlindən bəri 50% artıb.
Qiymətlər dörd ilin ən yüksək səviyyəsində, ton başına 2 043 dollar olub.