Ələt və Hövsan limanları ilə Qazaxıstan məhsullarının Azərbaycana güzəştli şərtlərlə tədarükünə dair razılıq əldə olunub.
Eləcə də bax: Ələt AİZ-də dövlət büdcəsinə ödənişlərlə bağlı istisna hal - Müəyyənləşdirilir
FED.az xəbər verir ki, bunu “Caspian Energy Club” tərəfindən təşkil olunmuş “Azərbaycan-Qazaxıstan onlayn B2B Forum”da çıxış edən Qazaxıstanın Azərbaycandakı ticarət evinin baş direktoru Rüfət Rzayev deyib.
Onun sözlərinə görə, əldə olunan razılaşma Qazaxıstanın Azərbaycana ixracını stimullaşdıracaq: “Öz növbəsində, “Qazaxıstan Dəmir Yolları” da logistik xərclərinin optimallaşdırılmasına köməklik edir. Əminik ki, bütün bunlar Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərəcək”. (Apa)