Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Azad İqtisadi Zonada (AİZ) dövlət büdcəsinə ödənişlərlə bağlı istisna halın müəyyən edilməsi təklif olunur.
Eləcə də bax: Azərbaycanda “biznes cənnəti” işə düşür – VERGİ, GÖMRÜK YOXDUR
FED.az xəbər verir ki, bu, "Ələt Azad İqtisadi Zonası haqqında" qanuna təklif edilən dəyişikliklərdə öz əksini tapıb.
Layihəyə əsasən, AİZ-ə gətirilən və buradan aparılan mallara, nəqliyyat vasitələrinə, işlərə və xidmətlərə görə gömrük rəsmiləşdirilməsi müqabilində ödənilən yığımlardan başqa heç bir ödənişlər, o cümlədən vergilər tətbiq edilməyəcək. Hazırda qüvvədə olan qanunda, gömrük rəsmiləşdirilməsi müqabilində ödənilən yığım istisna hal kimi müəyyən edilməyib, (Report)