Qazaxıstan buğda və unun ixracı üçün kvota tətbiq edəcək.
FED.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin bununla bağlı qərarı 2 həftədən sonra qüvvəyə minəcək və iyunun 15-dək qüvvədə olacaq.
FAO: Ukraynadakı münaqişə kəskin ərzaq qıtlığına - SƏBƏB OLUB
Qərara əsasən, 15-dək Qazaxstanda buğda və maya üçün tətbiq olunan məhdudiyyət 1 milyon ton, buğda və ya buğda-çovdar unu üçün isə 300 min ton müəyən edilib. Yəni ölkədən yalnız bu qədər məhsul ixrac etməyə icazə veriləcək.
Qeyd edək ki, Qazaxıstan buğdasının əsas satış bazarları Özbəkistan, Əfqanıstan, tacıkistan və Qırğızıstandır. Bundan başqa, qərara əsasən buğda ixracçıların öz məhsullarının 10%-ni Qazaxıstanın dövlət şirkəti olan Ərzaq Korporasiyasına verməli olacaq – bu qurum Qazaxıstanda buğda ehtiyat toplamaqla məşğuldur.
Qeyd edək ki, son həftələr buğda istehsal edən ölkələr bu məhsulların ixracı ilə bağlı qadağalar tətbiq ediblər. Belə ki, martın ortalarında Rusiya da buğda ixracına qadağa qoyub.
Avropa ölkələrinin rəhbərləri son günlər dəfələrlə xəbərdarlıq edib ki, Rusiya-Ukrayna münaqişəsi səbəbindən bölgədə ərzaq qıtlığı yarana bilər. BMT-nin Ərzaq və Kənd təsərrüfatı təşkilatının məlumatına əsasən mart ayında buğdanın orta qiyməti 19,7%, qarğıdalının qiyməti 19,1%, ümumiyyətlə taxılın qiyməti isə 17,1% artıb.