Sabah Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) 30-cu İllik Toplantısı başlayır. Tədbirdə koronavirus pandemiyasının təsirləri və iqtisadiyyatın bərpası istiqamətində müəyyənləşdirilmiş hədəflər barədə məlumat veriləcək.
Eləcə də bax: AYİB Azərbaycandakı layihələr üzrə kredit portfelini - Açıqlayıb
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov "Twitter"də yazıb.
"Ölkəmiz EBRD ilə uğurlu əməkdaşlıq edir. Bank indiyə qədər Azərbaycana 177 layihə üzrə 3 milyard avrodan çox investisiya yatırıb. Toplantı ərəfəsində qurumun I vitse-prezidenti cənab Yurgen Riqterink və həmkarları ilə Azərbaycan və maliyyə qurumu arasında tərəfdaşlığın genişləndirilməsi, işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialının reallaşdırılmasında Bankın iştirakı barədə fikir mübadiləsi apardıq", - deyə o qeyd edib. (Report)