2021-ci ilin yanvar-may aylarında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı kredit portfeli 1,124 milyard avro təşkil edib.
Eləcə də bax: 2021-ci ildə Azərbaycan ÜDM-in artımı 2%, 2022-ci ildə - 2,5% Təşkil Edəcək
FED.az bu barədə AYİB-ə istinadən məlumat verir.
Qeyd olunur ki, kredit portfeli 36 proqramın reallaşdırılması üçün nəzərdə tutulub.
Kredit portfelinin 77 faizi və ya 869 milyon avro dayanıqlı infrastruktura investisiyalara, 21 faizi və ya 235 milyon avro sənaye, ticarət və aqrar sektora investisiyalara, 2 faizi və ya 20 milyon avro maliyyə təşkilatlarına investisiyalara yönəlib.
Ümumilikdə, 1992-ci ildən bu günədək AYİB Azərbaycanda 177 layihə üzrə 3 milyard avrodan çox investisiya qoyub.