Azərbaycanda unun qiymətinin qalxmasından sonra 50 qəpiklik zavod çörəyinin qiymətində 15 qəpik, hətta daha çox bahalaşma müşahidə edilib.
Eləcə də bax: "№1" çörəkləri son bir ildə 3-cü dəfə bahalaşdı - YENİ QİYMƏT
FED.az xəbər verir ki, artıq bu bahalaşma çovdar tərkibli qara çörəklərdə də baş verir.
Belə ki, “Eviar” MMC-nin “İvanovka” brendinə məxsus çovdar çörəklərinin qiyməti, habelə “Nömrə 1” çörək zavoduna məxsus bəzi çörək növlərinin qiymətində iki, hətta üçqat bahalaşma var.
Alıcılar bildirirlər ki, həmişə 0.80-1 manat civarında aldıqları qara çörək indi iki manatdan da baha qiymətə mağaza piştaxtalarına qoyulub.
Bahalaşmanın səbəbini aydınlaşdırmaq üçün MMC-lərlə əlaqə saxlanılıb.
Hər iki çörək zavodundan verilən məlumatda bildirilir ki, pəhriz çörəklərindəki qiymət artımı xammalların bahalaşması ilə bağlıdır:
“Pəhriz çörəklərinin də tərkibinə əla növ un qatılır. Həmçinin bununla yanaşı, çövdar unu və digər məmulatlar da əlavə olunur. Hazırda xammallar bahalaşdığı üçün pəhriz çörəklərinin qiymətində də bahalaşma var”. (Bizim.Media )