"№1" Çörək zavodu son bir ildə qiymətləri 3-cü dəfə artırıb.
Eləcə də bax: Çörəyin qiyməti bahalaşacaq - YENİ QİYMƏTLƏR AÇIQLANDI
FED.az xəbər verir ki, bu gündən zavod 400 qramlıq "№1" sadə baton çörəyinin qiymətini 15 qəpik artıraraq 95 qəpiyə yüksəldib. "№1" Çörək zavodu 2021-ci ilin sentyabr ayında sadə baton çörəyinin qiymətini 55 qəpikdən 70 qəpiyə, 2022-ci ilin yanvar ayında isə 70 qəpikdən 80 qəpiyə qaldırmışdı.
Beləliklə, "№1" Çörək zavodu 1 kq "№1" sadə batonlardan 2 manat 37.5 qəpik qazanır.
"Zavod çörəyi"nin qiyməti isə 65 qəpikdən 70 qəpiyə yüksəldilib.
"№1" Çörək zavodu dövlətin krediti və “Gilan Holding” MMC-nin vəsaiti hesabına 2013-cü ildə istifadəyə verilib. (Marja)