Sanksiyalar tətbiq edilən Rusiya iqtisadiyyatı Qərbdə gözləniləndən qat-qat güclü olub.
FED.az xəbər verir ki, bunu Rusiya prezident Vladimir Putin Federal Məclisə müraciətini açıqlayarkən deyib.
2022-ci ildə Rusiya iqtisadiyyatı 2,1% geriləyib – AZALMA DAVAM EDƏCƏK
O əlavə edib ki, Qərb sanksiyaların köməyi ilə rusları əziyyət çəkməyə və bununla da daxildən cəmiyyəti sabitsizləşdirməyə çalışsa da, buna nail ola bilməyib.
Putin vurğulayıb ki, anti-Rusiya sanksiyaları yuxarıda göstərilən məqsədə çatmaq üçün yalnız bir vasitədir.
"Onlar xalqı əziyyətə salmaq, bununla da daxildən cəmiyyətimizdə sabitliyi pozmaq istəyirlər. Lakin onların hesablaması baş tutmadı", - prezident bildirib.
Rusiya liderinin sözlərinə görə, ölkədə iqtisadi vəziyyətin sabitliyi, bazarda mal qıtlığının olmaması və biznesə dəstək hökumətin, parlamentin, Rusiya Mərkəzi Bankının və digər qurumların, habelə işgüzar dairələrin və əmək kollektivlərinin birgə işi sayəsində mümkün olub.
Putin: Rusiyaya qarşı sanksiyaların təşəbbüskarları özlərini cəzalandırdılar
Vladimir Putin deyib ki, Rusiyaya qarşı sanksiyaların təşəbbüskarları özlərini cəzalandırıblar, öz ölkələrində qiymət artımına səbəb olublar:
"Üstəlik, sanksiyaların təşəbbüskarları özlərini cəzalandırır. Onlar qiymət artımına, iş yerlərinin itirilməsinə, zavodların bağlanmasına, öz ölkələrində enerji böhranına səbəb olublar”.
Dövlət başçısı qeyd edib ki, Qərb Rusiyaya qarşı iqtisadi və informasiya cəbhəsi açıb, lakin heç bir nəticəsi olmayıb.
Putin əlavə edib ki, anti-Rusiya sanksiyaları iqtisadiyyatı çökdürməli, dağıdıcı inflyasiyaya səbəb olmalı və rublu çökdürməli, rusların əziyyət çəkməsinə və cəmiyyətdə sabitliyi pozmalı idi.
Putin bildirib ki, Rusiya iqtisadiyyatda yeni dövrə daxil olur, Rusiyada inflyasiyanın səviyyəsi 2023-cü ilin ikinci rübündə dörd faizlik hədəfə yaxınlaşacaq. (Marja)