Cari ilin ikinci rübündə Rusiyada inflyasiya hədəf 4% göstəricisinə yaxınlaşa bilər.
2022-ci ildə Rusiya iqtisadiyyatı 2,1% geriləyib – AZALMA DAVAM EDƏCƏK
FED.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində deyib.
"Qiymətləndirmələrə əsasən, artıq cari ilin ikinci rübündə Rusiyada inflyasiya 4% hədəf səviyyəsinə yaxın olacaq. Xatırladım ki, Avropa İttifaqının (Aİ) bir sıra ölkələrində inflyasiya artıq 17%, 12%, 20% səviyyəsindədir, bizdə isə bu göstərici 5%-dir", - Putin deyib.
O həmçinin inflyasiya səviyyəsinin müsbət dinamikasını və digər makroiqtisadi göstəriciləri nəzərə aldıqda iqtisadiyyatda uzunmüddətli kredit faizlərinin azalması üçün şəraitin formalaşdığını əlavə edib.
"Bunun [inflyasiya səviyyəsinin] müsbət dinamikasını və digər makroiqtisadi göstəriciləri nəzərə aldıqda iqtisadiyyatda uzunmüddətli kredit faizlərinin azalması üçün obyektiv şərait formalaşır. Bu isə real sektor üçün kreditin daha əlçatan olacağı anlamına gəlir", - Putin bildirib. (Trend)