Azərbaycan prezidenti İlham Əliyev hökumətə tapşırıb ki, ölkə iqtisadiyyatına özəl sektoru və xarici investorları daha fəal cəlb etməyə çağırıb.
Eləcə də bax: İlham Əliyev: «Qarabağdakı işlər açıq tenderlə bölünməlidir, inhisarçılıq olmamalıdır»
FED.az xəbər verir ki, “Bu gün qeyri-neft sektoruna investisiya qoymaq üçün böyük şirkətlər müraciət edir və müraciətlərin sayı artır. (...) İnvestisiya iqlimi, böyük şirkətlərlə bizim əməkdaşlığımız, siyasi sabitlik, əlbəttə, İkinci Qarabağ müharibəsindəki Qələbə investorları daha da inandırdı. Çünki artıq müharibə riskləri yoxdur”, - İlham Əliyev cümə günü cari ilin ilk yarımilliyinin yekunlarına həsr olunan müşavirədə bildirib.
Prezident qeyd edib ki, dünyada Azərbaycana müsbət münasibətlə əlaqədar qeyri-neft sektoruna daha da fəal sərmayələr cəlb etmək lazımdır. Həmçinin, prezident qeyri-neft sektorunun artım perspektivini turizm sektorunun inkişafında görür, bununla əlaqədar Dövlət Turizm Agentliyinə bu istiqamətdə işi gücləndirməyi tapşırıb.
“Azərbaycanda müntəzəm olaraq biznes forumlar, investisiya konfransları keçirilməlidir ki, biz öz imkanlarımızı təqdim edək”, - Azərbaycan prezidenti vurğulayıb.
İlham Əliyevin sözlərinə görə, Azərbaycanın regionlarında fəaliyyət göstərən sənaye zonalarına daha çox xarici investor cəlb etmək lazımdır. Prezident, xüsusilə Cəbrayıl və Ağdam rayonlarını qeyd edib, burada sənaye parklarının yaradılamsı üzrə işlər aparılır. “Əminəm ki, bu zonaların perspektivləri daha çoxdur”, -İ. Əliyev qeyd edib.