Bu ayın ortalarında Pakistanın düyü istehsal edən şirkətlərinin nümayəndələri Azərbaycana səfər edəcək.
"Pakistandan keyfiyyətli düyü ala biləcəyimiz təqdirdə nə üçün onu başqalarından almalıyıq?"
FED.az xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev Bakıda təşkil olunan Azərbaycan-Pakistan biznes-forumu çərçivəsində bildirib.
Onun sözlərinə görə, bu səfər və Pakistan düyüsünə tətbiq edilən idxal rüsumlarının aradan qaldırılması Pakistan düyüsünün Azərbaycan bazarında daha rəqabətli olması üçün imkan yaradacaq və bu məhsulun Azərbaycana idxalını artıracaq.
Yusif Abdullayev vurğulayıb ki, qeyd olunanlar Azərbaycanla Pakistan arasında ticarət əlaqələrinin genişləndirilməsinə zəmin yaradacaq.
AZPROMO-nun rəhbəri onu da əlavə edib ki, gələn ilin fevral-mart aylarında Azərbaycan biznesinin nümayəndələri Pakistana səfər edəcək. (Apa)