Azərbaycan Prezidenti Pakistan Baş naziri Şahbaz Şəriflə ticari-iqtisadi əlaqələrin canlandırılmasını müzakirə etdiyini vurğulayıb.
Bu ölkədən idxal edilən düyü gömrük rüsumundan - AZAD EDİLDİ
Prezident Bakıda keçirilən Orta Dəhlizə həsr olunmuş beynəlxalq konfransda iştirak edir - CANLI
FED.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib.
“Biz bir-birimizi hansı məhsullarla təmin edə biləcəyimizi müzakirə etdik. Biz qardaş ölkədən keyfiyyətli düyü ala biləcəyimiz təqdirdə, nə üçün onu başqalarından almalıyıq?”, - dövlət başçısı qeyd edib.
Xatırladaq ki, hazırda Azərbaycanin xaricdən düyü idxalında əsas yeri Hindistan tutur. Belə ki, 2022-ci ilin ilk üç rübündə Azərbaycan xaricdən ümumi dəyəri 36,3 milyon dollar olan 42,87 min ton düyü idxal edib. Ölkəyə gətirilən düyünün 74%-i Hindistanın payına düşür - bu dövrdə Azərbaycana Hindistandan ümumi dəyəri 29,4 milyon dollar olan 31,7 min ton düyü idxal edilib. Bu da ümumi idxalın 70%-ni təşkil edirdi. Pakistandan isə bu il cəmi 0,94 min ton duyu idxal edilib. Azərbaycanın düyü idxalında Pakistanın payı cəmi 2% təşkil edir.