Azərbaycan-Pakistan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) prezidenti Xürrəm Cavaid Bhatti məlumat verib ki, Pakistan şirkətləri bu ölkədən Azərbaycana düyü idxalı gömrük rüsumundan azad ediləndən sonra Azərbaycana düyü idxalını 10 dəfə artırmağı planlaşdırır.
Pakistanın düyü şirkətlərinin nümayəndələri Azərbaycana - SƏFƏR EDƏCƏK
FED.az xəbər verir ki, “Hazırda Pakistandan Azərbaycana düyü idxalı həcmini mühüm dərəcədə artırmağa çalışırıq və 2023-cü ildə bu göstəricinin $25-30 milyona çatacağına ümid edirik, hazırda bu rəqəm $3-4 milyon təşkil edir”, - Bhatti bildirib.
O qeyd edib ki, Pakistan şirkətləri Azərbaycana düyü idxalında maraqlıdır. “Bunun üzərində işləyəcəyik”, - PAKAZCHAM-ın prezidenti əlavə edib.
Xəbər verildiyi kimi, 22 noyabr 2022-ci il tarixində Nazirlər Kabineti Pakistan İslam Respublikasından Azərbaycana idxal olunan düyünü 15% gömrük rüsumundan azad edib. İdxal gömrük rüsumundan azad edilmə 31 dekabr 2027-ci il tarixinədək qüvvədə olacaq. (İnterfaks-Azərbaycan)