Dövlət Gömrük Komitəsi tərəfindən ötən ilin dekabr ayı üzrə büdcə daxilolmaları məlum olub
FED.az xəbər verir ki, 2019-cu ilin dekabr aylarında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 402 284,4 min manat məbləğində vergi və rüsumlar daxil olub. Bu göstərici 2019-cu ilin noyabr ayı ilə müqayisədə 11,4% çoxdur.
Eləcə də bax:Gömrük Komitəsindən yol vergisi ilə bağlı - AÇIQLAMA - CƏDVƏL
Dekabrda ƏDV üzrə daxilolmalar 6,3% artaraq 268 995,5 min manat, aksizlər üzrə 38,8% artaraq 18 780,0 min manat, yol vergisi üzrə daxilolmalar isə 22,3% azalaraq 3 855,2 min manat təşkil edib.