2023-cü il ərzində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən istehlakçıların 2861 müraciəti təmin olunub.
"Ötən il 24 bazar subyektinə qarşı maliyyə sanksiyası tətbiq edilib"
FED.az xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatında deyilir.
Ötən il təmin olunan müraciətlər üzrə 618 min 304 min manat vəsait sahibkarlar tərəfindən istehlakçılara geri qaytarılıb: “Bu da 2022-ci illə müqayisədə 83 faiz artım deməkdir”.