Azərbaycan 2021-ci ildə $56 milyon 714,9 min dəyərində 21 min 344 ton şokolad idxal edib.
Eləcə də bax: 2021-ci ildə Azərbaycana siqaretin əsas tədarükçüsü - UKRAYNA OLUB
FED.az xəbər verir ki, 2020-ci illə müqayisədə idxalın həcmi miqdar ifadəsində 18%, dəyər ifadəsində 22,2% azalıb.
Azərbaycana şokoladın əsas tədarükçüsü Rusiya olub. Ötən il RF-dən $35 milyon 7,25 min dəyərində (artım 13,2%) 15,364 min ton (artım 8%) şokolad idxal edilib. 2021-ci ildə Azərbaycana şokolad idxalının 72%-i RF-nin payına düşüb.
Azərbaycana şokoladın digər iri tədarükçüsü isə Ukrayna olub. 2021-ci ildə bu ölkədən $5 milyon 8,34 min dəyərində 2,278 min ton şokolad idxal edilib.
Eyni zamanda, Azərbaycan ötən il $5 milyon 597,62 min dəyərində (artım 43,5%) 2,608 min ton (artım 42,1%) şokolad ixrac edib. Rusiyaya $1 milyon 951,18 min məbləğində (artım 68%) 955,7 ton (artım 66,5%) şokolad ixrac edilib. (İnterfaks-Azərbaycan)