2024-cü ilin yanvar-avqust ayları ərzində pərakəndə ticarət şəbəkəsində 821,5 milyon manatlıq dərman və tibbi ləvazimatlar satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-avqust aylarına nisbətən 0,8% çoxdur.
Bu ilin ilk səkkiz ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2,2% faizi dərman və tibbi ləvazimatlara alınmasına sərf olunub.
Təkcə ötən ay əhali dərman və tibbi ləvazimatlara 200,3 milyon manat xərcləyib.