2024-cü ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində 2 milyard 122 milyon manatlıq benzin və dizel satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-avqust aylarına nisbətən 7,5% çoxdur.
Bu ilin 8 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 5,7% faizi benzin və dizelin alınmasına sərf olunub.
Təkcə avqust ayında benzin və dizelə xərclənən vəsaitin məbləği isə 300,8 milyon manat təşkil edib.