Bu ilin ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşan və ucuzlaşan məhsuların adları açıqlanıb.
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə bahalaşma düyünün, qoyun və toyuq ətinin, təzə balığın, südün, yumurtanın, zeytun yağının, naringinin, limonun, bananın, almanın, narın, xiyarın, pomidorun, balqabağın, sarımsağın, soğanın, kartofun, yerkökünün, şəkərin, konfetlərin, meyvə şirəsinin, spirtli içkilərin, tütün məmulatlarının, ucuzlaşma isə əsasən manna və qarabaşaq yarmasının, unun, çörəyin, mal ətinin, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, portağalın, çuğundurun, şəkər tozunun qiymətlərində müşahidə olunmuşdur. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir. 2024-cü ilin yanvar ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz təşkil edib.
Cari ilin yanvar ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma əsasən qəzetlərin, şampunların, diş pastalarının, kəsilmiş taxtaların, ucuzlaşma isə kərpicin, kondisionerlərin və yazı kağızlarının qiymətlərində müşahidə olunub.
Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2024-cü ilin yanvar ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz təşkil edib.