2024-cü ilin yanvar ayında istehlak qiymətləri indeksi 2023-cü ilin yanvar ayına nisbətən 101,7 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 100,7 faiz, qeyri-qida məhsulları üzrə 101,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,2 faiz təşkil edib.
Bu barədə FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2024-cü ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz təşkil etmişdir