2023-cü ilin yanvar-sentyabr aylarında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl üçüncü yerdə dayanıb.
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın oktyabr sayında bildirilir.
Bu dövrdə 101,8 milyon dollar dəyərində qızıl ixrac olunub.
Bu da ötən illə müqayisədə 26,5 milyon dollar və ya 20,7% azdır.
2022-ci ilin müvafiq dövründə isə 128,3 milyon dollar dəyərində qızıl ixrac olunmuşdu.