2025-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində 28 milyard 495,1 milyon manatlıq ərzaq məhsulları satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2024-cü ilin yanvar-oktyabr ayına nisbətən 1,3% çoxdur.
Bu ilin 10 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları bütün mallara xərclədiyi vəsaitin 50,4% faizi ərzaq məhsullarının alınmasına sərf olunub.
Təkcə oktyabr ayı ərzində əhali 5 milyard 076,4 milyon manatlıq ərzaq məhsulları alıb













