Ukraynada müharibədən sonra infrastrukturun bərpasına 119 milyard dollar lazım gələcək.
Eləcə də bax: Müharibənin Ukraynaya vurduğu ziyan - AÇIQLANDI
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Denis Kudrin canlı yayımda bildirib.
Nazir bildirib ki, dəymiş ziyan gündəlik hesablanır və rəqəm hər gün artır. Hesablama vaxtı təkcə tikililərə dəymiş ziyan deyil, ÜDM-in azalması da nəzərə alınır. Müharibə başlayandan müəssisələrin çoxunun iş ahəngi pozulub. (Apa)