2021-ci ildə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan dövlət müəssisələrinin gəliri 2020-ci illə müqayisədə 54 % çox olub.
Eləcə də bax: Nazir: "Sahibkarlara 105 milyon manatdan çox güzəştli kredit verilib"
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, bu ilin I yarısında isə İnvestisiya Holdinqinin müəssisələri gəlirini illik müqayisədə 68 % artırıb.
Nazir dövlətə məxsus müəssisələrin özəlləşdirilməsinə də toxunub və qeyd edib ki, indiyə qədər “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus 5 şirkət özəl sektora ötürülüb. (Report)