Sahibkarlığın İnkişafı Fondu tərəfindən Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında sahibkarların 2 195 layihəsinin maliyyələşdirilməsinə 105,6 mln. manat güzəştli kredit verilib.
Eləcə də bax: Azərbaycanda 10 ayda ən çox güzəştli kredit verən 5 bank – SİYAHI
FED.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “Twitter“ hesabında paylaşım edib.
Məlumata görə, verilmiş kreditlər hesabına 2 320 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
“Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin 10 ayında sahibkarların 2 195 layihəsinin maliyyələşdirilməsinə 105,6 mln. manat güzəştli kredit verilib. Verilmiş kreditlər hesabına 2 320 yeni iş yerinin yaradılması nəzərdə tutulur”, - paylaşımda bildirilir.