Bu ilin yanvar-may aylarında Naxçıvan MR-da 1 milyard 50,6 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da ötən ilin eyni dövründəki göstəricidən 1,8 % çoxdur.
Eləcə də bax: Azərbaycanda ən varlı və ən kasıb rayonlar – MAAŞLAR, MƏBLƏĞ – SİYAHI (01.04.2022)
FED.az xəbər verir ki, bu barədə muxtar respublikanın Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, son 1 ildə hər bir nəfərə düşən ÜDM-in dəyəri isə 2,2 % artaraq 2 267 manat olub.
Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. 5 ayda sənaye üzrə 472,5 milyon manat dəyərində məhsul istehsal edilib ki, bu da illik müqayisədə 1,7 % çoxdur. (Report)