Azərbaycanda əməkhaqlarının ən yüksək və ən aşağı olduğu Rayon/şəhərlər məlum olub.
FED.az xəbər verir ki, ölkədə ən yüksək maaş əvvəlki kimi Bakı şəhərindədir. Siyahıda 2-ci və 3-cü yerləri Daşkəsən və Gədəbəy tutur. Bu həmin rayonlarda qiymətli metal mədənlərinin olması və burada maaşların yüksək olması ilə bağlıdır.
Ölkədə Bakı da daxil olmaqla 12 rayonda aylıq əmək haqqı 600 manatdan yüksəkdir. Amma bunlardan 5-i işğaldan azad olunan və hazırda böyük tikniti işləri aparılan rayonlardır.
Onlardan başqa, Bakı da daxil olmaqla cəmi 7 rayonda maaşlar 600 manata keçir. İlk 3-lükdən başqa, buraya Sumqayıt, Şirvan, Siyəzən, Abşeron aiddir.
Azərbaycanda ən kasıb rayonlar isə, Qax, Zaqatala, Balakən, Ağdaş, Sabirabad, Kürdəmir, Ağcabədi rayonudur. Bu rayonlarda orta maaş 490 manata da çatmır.