Rusiyanın Ukraynanı işğal etməsinin ölkə iqtisadiyyatını dörd il geri salacağı və tarixin ən uzun iqtisadi tənəzzüllərindən biri olacağı gözlənilir.
Eləcə də bax: Rusiyada inflyasiya - DÜŞÜB
FED.az xəbər verir ki, 2022-ci ilin əvvəlində sürətlənən Rusiya iqtisadiyyatın ikinci rübündə azalmağa başlayacağı gözlənilir. Bloomberg tərəfindən sorğuya qatılan 12 analitikin orta hesablamasına görə, Rusiyada ümumi daxili məhsul bir ildən çox müddətdə ilk dəfə son rübdə azalacaq və illik geriləmə 4,7 faiz təşkil edəcək.
Bloomberg-in Rusiya üzrə iqtisadçısı Aleksandr İsakov deyib: "İqtisadiyyat ikinci rübdə dörd illik artımı dayandıraraq 2018-ci ilin həcminə qayıdacaq. Pul siyasəti tələbi dəstəklədiyi üçün azalmanın dördüncü rübdə yavaşlamasını gözləyirik. Yenə də 2023-cü ildə iqtisadiyyat daha 2 faiz itirəcək, çünki Avropanın enerji qadağası ixracı azaldacaq”.
Müharibə ilə bağlı beynəlxalq sanksiyaların sarsıntısı ticarəti pisləşdirib, avtomobil istehsalı kimi sənayeləri iflic edib. İqtisadi tənəzzül indiyə qədər qorxulandan daha az sürətli görünsə də, mərkəzi bank tənəzzülün qarşıdakı rüblərdə daha da pisləşəcəyini proqnozlaşdırır və gələn ilin ikinci yarısına qədər bərpa gözləmir.
"CentroCredit Bank"ın iqtisadçısı Yevgeni Suvorov, "Böhran çox rəvan bir trayektoriyadadır. İqtisadiyyat ən yaxşı halda 2023-cü ilin ortalarına qədər ən aşağı nöqtəyə çatacaq", - Suvorov əlavə edib. (Marja)