Rusiyada 2022-ci ilin iyulunda illik inflyasiya iyundakı 15,9%-dən 15,1%-ə enib.
Eləcə də bax: Azərbaycanda ərzağın bahalaşması 20%-i keçdi - RƏSMİ RƏQƏMLƏR AÇIQLANDI
FED.az "Rosstat"ın məlumatına istinadən xəbər verir ki, istehlak qiymətləri aylıq olaraq 0,39% azalıb (deflyasiya qeydə alınıb).
2022-ci ilin iyul ayında ərzaq məhsulları 2021-ci ilin iyul ayı ilə müqayisədə 16,76% bahalaşıb, iyun ayı ilə müqayisədə isə 1,53% ucuzlaşıb. Qeyri-ərzaq məhsulları illik ifadədə 16,5% bahalaşıb, aylıq ifadədə 0,44% ucuzlaşıb. Xidmətlərin dəyəri iyul ayı ilə müqayisədə 1,41%, illik ifadədə isə 10,75% artıb.
İyul ayında meyvə-tərəvəzin maya dəyərinin azalması ərzaq məhsullarının qiymət dinamikasına əhəmiyyətli təsir göstərib. Belə ki, ağ kələm 33,2 faiz, kartof 27,6 faiz, çuğundur 27,1 faiz, üzüm 15,7 faiz, banan 14,2 faiz, pomidor 14 faiz, yerkökü 13,3 faiz, armud 11 faiz, ucuzlaşıb, portağal 8,9 faiz, sarımsaq 8,5 faiz, xiyar 7,7 faiz, alma 5,9 faiz, soğan 4 faiz bahalaşıb. (Marja)