Dağlıq Qarabağdakı mövcud hərbi əməliyyatlar Ermənistan və Azərbaycanın bank sektorları üçün dağıdıcı və uzunmüddətli nəticələrə səbəb ola bilər.
FED.az-ın məlumatına görə, bu barədə «Moody's» beynəlxalq reytinq agentliyinin münaqişə ilə bağlı icmalında bildirilir.
Agentlik hesab edir ki, agentlik icmalında qeyd edir ki, mövcud vəziyyət dram və manatın zəifləməsinə, banklardakı əmanətlərin geri götürülməsinə səbəb ola bilər.
«Moody's»in açıqlamasında bildirilir ki, hərbi münaqişə artıq iki ölkənin iqtisadiyyatının koronavirus pandemiyasından sonra dirçəlməsi prosesinə təsir göstərib.
İcmalda deyilirki, regionda artan gərginlik, həm Azərbaycanda, həm də Ermənistanda istehlakçıların aktivliyini azaldır, bu isə hər iki ölkənin iqtisadiyyatını koronavirus pandemiyasının nəticələrinən sonra dirçəlməsinə mane olur.
Hələlik bu ölkələrin bankları normal rejimdə işləsələr də, münaqişənin intensivləşməsi əmanətlərin bankdan çıxarılmasına, likvidlik risklərinin artımına və milli valyutaların zəifləməsinə səbəb olabilər, deyə Moody's-də xəbərdarlıq edirlər.
Bununla yanaşı, hər iki ölkədə 2020-ci ilin ilk yarısında pandemiyanın təsiri ilə depozitlərin azalması müşahidə edilib.
Agentliyin məlumatlarına görə, passivlərin tarixi dinamikası göstərir ki, 2015-2017-ci illərdə neftin ucuzlaşması və manatın 50%-lik devalvasiyası nəticəsində Azərbaycanda əhalinin banklardak əmanətləri 25% azalıb. Ermənistanda isə bu dövrdə əmanətlərin kütləvi axını baş verməyib.
Dollar depozitlərinin azalması onunla nəticələnə bilər ki, banklar öz ehtiyaclarını ödəmək üçün valyuta likvidliyinin çatışmazlığı problemi ilə üzləşə bilərlər. Məsələ bundadır ki, Azərbaycanda və Ermənistanda bank əmanətlərinin 50%i valyutadadır «Hökumətin və Mərkəzi Bankların valyuta likvidliyini təmin etmək bacarığı qızıl-valyuta ehtiyatlarının həcmindən asılıdır və Azərbaycanla müqayisədə Ermənistanın ehtiyatları çox azdır»-deyə icmalda bildirilir.
Nəhayət, dollarlaşma səviyyəsinin yüksək olması səbəbindən hər iki ölkənin bankları milli valyutanın məzənnəsinin zəifləməsinə qarşı həssasdırlar. Agentliyin ekspertləri hesab edir ki, münaqişənin bundan sonra da güclənməsi dramın və manatın məzənnəsinə təsir göstərə bilər. Bu da istənilən asıq valyuta mövqeyi üzrə itkilərə səbəb ola bilər və bankların gəlirlərini azaldacaq.
Qeyd edək ki, 2020-ci ilin iyul ayına olan məlumata görə, Moody's Ermənistan banklarının ümumi likvidlik ehtiyatı aktivlərin 34%-ni təşkil edir, Azərbaycan banklarında isə bu göstərici 48% qiymətləndirilir.
Bundan başqa, bank sektoruna mərəzi banklar da dəstək verə bilər.