İqtisadiyyat naziri Mikayıl Cabbarov rəhbərlik etdiyi qurumun Sahibkarlığın İnkişafı Fondunun (SİF) əsas hədəflərini açıqlayıb.
Eləcə də bax: Azərbaycanda bütün kassalar e-kassalarla - Əvəzlənəcək
FED.az xəbər verir ki, bu barədə nazir "Twitter" sosial şəbəkəsindəki hesabında bildirib.
“SİF-in 2021-2023-cü illərdə strateji hədəfləri sahibkarların maliyyə resurslarına çıxışının genişləndirilməsi, innovativ texnologiyalara əsaslanan yeni müəssisələrin yaradılmasına və inkişafına dəstək verilməsi, Fondun dayanıqlı inkişafının təmin edilməsidir”, - nazir qeyd edib. (Report)