İqtisadiyyat naziri Mikayıl Cabbarov orta müddətli dövrdə Azərbaycan iqtisadiyyatının qarşısındakı hədəfləri açıqlayıb.
Eləcə də bax:Mikayıl Cabbarov bu il «ağardılacaq» sahələri - AÇIQLAYIB
FED.az xəbərə verir ki, nazirin sözlərinə görə, hazırda ölkə iqtisadiyyatında strateji vəzifə - ortamüddətli dövrdə ölkə üzrə iqtisadi artımın dünya üzrə orta iqtisadi artımdan geri qalmamasını təmin etmək, uzunmüddətli dövrdə isə iqtisadi artım tempinin dünya üzrə artımı üstələməsinə nail olmaq. Bu yolda qarşıya qoyula əsas hədəflər aşağıdakılardır.
Əsas hədəflər
- Qeyri-neft əmtəə və xidmət ixracının əhəmiyyətli genişləndirilməsi
- Qeyri-neft emal sənayesinin inkişafının sürətləndirilməsi
- Biznesin bank kesdtilərinə çıxışının genişləndirilməsi
- Dövlət investisiyalarının iqtisadi səmərəsinin artırılması
- Özəl investisiyaların dominant rolunun təmin olunması
- Kiçik və orta sahibkarlığın iqtisadi artımın başlıca qüvvəsinə çevrilməsi
- Şəffaflığın yüksədilməsi və kölgə iqtisadiyyatının minimuma endirilməsi