"Ərzaq məhsullarının, tikinti məhsullarının qiymətləri tələb və təklif əsasında formalaşır, bu məhsulların qiymətlərini süni müdaxilə ilə tənzimlənməsi düzgün deyil".
Eləcə də bax: Azərbaycanda bu ərzaqlar bahalaşdı – SİYAHI, QİYMƏTLƏR
FED.az xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “2020-ci ilin yekunları” adlı onlayn konfransda Xidmətin rəis müavini Məmməd Abbasbəyli bildirib.
Xidmətin rəis müavini "ərzaq məhsulları üzrə 57 adda, meyvə-tərəvəz məhsulları üzrə 58 adda, tikinti məhsulları üzrə 51 adda məhsulun monitorinqi aparırıq" deyərək çıxışına belə davam edib:
"Bu günədək qiymətlərin süni artırılması üzrə hansısa qanun pozuntusu aşkar etməmişik. Müəyyən kateqoriya məhsulların qiymətləri qlobal bazarlarda yüksəlməkdədir. Ölkəmizdə bu məhsulların böyük həcmdə istehsalı yoxdur. Məsələn, şəkər tozu, yağ məhsulları və s. Biz dünya birjalarını da izləyirik və görürük ki, böyük faizlər ilə qlobal birjalarda bahalaşmalar baş verir və bununla əlaqədar olaraq Azərbaycanda da qiymət artımları yaranır". (Marja)