Azərbaycanda daha bir şirkət etibarsız malgöndərən elan edilib.
Dövlət satınalmalarında iştirak edən təchizatçılar bu arayışı heç bir yerə getmədən əldə edə biləcəklər
FED.az xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarı ilə «MAYBO» Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN 2301756081) etibarsız təchizatçı elan edilib və reyestrə daxil edilib.
Hökumət bu il tenderlərdə 600 milyon qənaət edib – HƏR TENDERƏ 6,5 NƏFƏR QATILIR
Dövlət Agentliyindən FED.az-a verilən məlumata görə, «MAYBO»nun etibarsız malgöndərən elan edilməsi şirkətin satınalma müqaviləsinin icrasından boyun qaçırılması səbəbindən baş verib. Nəticədə Agentliyini 28.02.2025-ci il tarixli AİBNDA/Q-3/2025 nömrəli Qərarına əsasən «MAYBO» etibarsız mal göndərən elan edilib.
Xatırladaq ki, «MAYBO» MMC əsasən laboratoriya avadanlıqları və ölçmə cihazları olmaqla, avadanlıq təminatçısı fəaliyyəti göstərir.
Şirkət dövlət satınalmalarında aktiv iştirak edir.
FED.az-ın araşdırmalarına görə, «MAYBO» MMC 2020-ci ildən bəri qalib gəldiyi 38 tender üzrə 17 milyon 121 min manatdan artıq sifariş alıb. Şirkətin əsas sifarişçiləri, «Azərsu», Kənrd Təsərrüfatı Nazirliyinin qurumları, o cümlədən Aqrar Xidmətlər Agentliyi, «Aztelekom» MMC, «Bakı Telefon Rabitəsi» MMC, «Bakı Metropoliteni», «Azergold» və «Azərkosmos» olub.
«Maybo»nun hansı tenderi icra etməsçindən boyun qaçırdığı açıqlanmır, amma onun uddu sonuncu tenderlər aşağıdakılardır:
- Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq Idarəsi - Hava keyfiyyəti üzrə Mobil laboratoriyaya cihaz və avadanlıqların alınması və quraşdırılması – məbləğ 180 065 AZN, Tarixi 26.09.2024
- "Regional Su Meliorasiya Xidməti" PHŞ - Su ölçmə cihazlarının satın alınması – məbləğ 169 920 AZN – tarix 01.10.2024
- Kənd Təsərrüfati Nazirliyi Yaninda Aqrar Xidmətlər Agentliyi (AXA) – AXA-nın tabeliyində olan Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi üçün dezinfeksiya vasitələrinin və ləvazimatların satınalınması – 574 869 AZN – tarix 02.10.2024
- "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti - “Bakı Metropoliteni” QSC - ölçü cihazlarının satınalınması – məbləğ 216 405 AZN – tarix 17.12.2024
- "Azərbaycan Respublikasinin Kosmik Agentliyi (Azərkosmos)" PHŞ - Ölçü cihazlarının kalibrasiyası xidmətlərinin satın alınması – 8 384 AZN – tarix 08.01.2025
Etibarsız təchizatçı nədir? Bu statusun verilməsi şirkətə hansı problemi yaradır?
FED.az xəbər verir ki, Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il tarixdi, 492 saylı qərarı ilə təsdiq edilmiş “Satınalan təşkilatların, satınalma müqavilələrinin və etibarsız təchizatçıların reyestrlərinin aparılması Qaydaları”na əsasən Etibarsız təchizatçılar reyestrə daxil edilir. Bu müddət ərzində təchizatçıların, o cümlədən həmin təchizatçıların iştirakı ilə birgə fəaliyyət aparmaq üçün müqavilə əsasında yaradılmış müvəqqəti və ya daimi birliklərin satınalmalarda birbaşa və ya subpodratçı olaraq iştirakına yol verilmir. Yəni bu şirkətlər birbaşa və ya dolayısı yolla dövlət satınalammalarında iştira edə bilməzlər.
Etibarsız təchizatçıların reyestrinə daxil edilmə tarixindən sonra 3 (üç) təqvim ili ərzində təchizatçı eyni səbəbdən təkrar etibarsız təchizatçıların reyestrinə daxil edildikdə bu reyestrdə qalma müddəti ümumilikdə həmin səbəbə görə müəyyən edilmiş müddətin 2 misli qədər, başqa səbəbdən təkrar daxil edildikdə isə sonuncu səbəbə görə müəyyən edilmiş müddətin 1,5 misli qədər hesablanır.