Azərbaycanda dövlət satınalmaları sistemində aparılan dəyişikliklər, xüsusilə elektron satınalmaların artması və bu sahəyə nəzarətin güclənməsi nəticəsində bu il büdcə xeyli vəsaitə qənaət edib.
Azərbaycanda elektron satınalmaların həcmi 3 dəfə artıb
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən FED.az-a verilən məlumata görə, yanvar-noyabr aylarında elektron satınalmaların həcmi 3 milyard 511,2 mmilyon manata çatıb. Bu ötən ilin eyni dövründə olduğundan 3 dəfə artıqdır. Xatırladaq ki. 2023-cü ilin ilk 11 ayında elektron üsulla 1 milyard 267,3 mln. Manatlıq satınalma həyata keçirilmişdi.
Elektron satınalmaların artması nəticəsində qənaət edilən dövlət vəsaitlərinin məbləği 559,7 milyon manata çatıb. Xidmət bildirib ki, bu nəticələr izafi xərclərə yol verilməməsi və maliyyə intizamının gücləndirilməsi hesabına əldə olunub.
Paralel olaraq tenderlərə nəzarətin gücləndirilməsi və bürokratik əngəllərin aradan qaldırılması nəticəsində sahibkarların tenderlərdə iştirakı artıb. Nəticədə 2024-cü ilin yanvar-noyabr aylarında hər tenderdə orta iştirakçı sayı 6,5 təşkil edib.